Futbolçumuz Qazaxıstanda bombardir oldu
30.04.2011 - 23:01
Futbolçumuz Qazaxıstanda bombardir oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ruslan Nəsirli Astanada keçirilən “Prezident Kuboku” turnirinin bombardiri olub. Apasport.az saytının xəbərinə görə, yarışın final matçı başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Final oyunundan sonrakı penalti seriyasında fərqlənməsi də daxil olmaqla 4 oyunda 5 qol vuran yığmamızın hücumçusuna turnirin bombardiri üçün təsis olunmuş xüsusi mükafat verilib.