Azərbaycan futbolunun yubileyi üçün qələbə
30.04.2011 - 19:52
Azərbaycan futbolunun yubileyi üçün qələbə
“İlk növbədə onu qeyd etməliyəm ki, “Prezident kuboku” yaxşı turnirdir. Təşkilati məsələlər öz həllini yüksək səviyyədə tapmışdı”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

Millimiz Astanada təşkil olunan “Prezident kuboku”nun finalında Ukraynanı üstələyərək, qalib adını qazanıb. Finaldan sonra açıqlama verən Həsənov bildirib ki, bu turnir yeniyetmə futbolçuların peşəkarlığa doğru gedən yolunda xüsusi əhəmiyyət daşıyan bir yarışdır: “Çünki hər bir futbolçu burada əsl mübarizə atmosferini hiss edir. Bütün oyunlarda qalib gələ bilmək üçün var gücümüzü ortaya qoyduq, bacardığımızı əsirgəmədik. Sevinirik ki, müsbət nəticə qazandıq. Bu qələbəmizi Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik”.