Ramiz Məmmədov liderdən xal qopardı
30.04.2011 - 20:00
Ramiz Məmmədov liderdən xal qopardı
Bu gün Qazaxıstan Superliqasında IX turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” öz meydanında “Lokomotiv”lə qarşılaşıb.

Astana təmsilçisi Atırau səfərinədək 19 xalla turnir cədvəlinin zirvəsində idi. Məmmədovun komandası liderlə oyunda 1 xala sevinib - 0:0. Bu nəticə sayəsində "Atırau" 8-ci pillədəki yerini qoruyub.