“Xəzər Lənkəran”da hücumçu qıtlığı var
30.04.2011 - 23:02
“Start heyətini müəyyənləşdirməkdə çətinlik çəkirik. Heyətdə zədəli futbolçularımız var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Premyer Liqanın XXIX turunda “İnter”lə qarşılaşan cənub təmsilçisi matçın gedişində məğlub duruma düşsə də, görüşü heç-heçə başa vurmağı bacardı. Bununla, “ağ-yaşıllar” final mərhələsində keçirdiyi 7-ci oyunda 5-ci heç-heçəsini reallaşdırıb.
Qarşılaşmaya əsas hücumçuları Uniston Parkssız başlayan rumıniyalı mütəxəssis fasilədən sonra kosta-rikalı legioneri meydana buraxdı. Rednik onu ehtiyatda saxlamasını belə izah edib: “Komandada hücumçu qıtlığı var. Julius Vobay, Emeka Opara və Parksın əzələsində zədə olduğu üçün hücumlarda problemlər yaşayırdıq. Parksın əzələsində müəyyən problemlər yaranıb. Buna görə onu meydana buraxmaq istəmirdim. Ancaq sonda hücumçunun xidmətinə ehtiyac duyduq”.
Rumın çalışdırıcı bildirib ki, böyük ehtimalla Parksı “Bakı” ilə kubok oyununda meydana buraxmayacaq: “Seçim etməli idik. Ya bu oyunu buraxıb “Bakı” ilə görüşə çıxmalı idi, ya da əksinə. Onun əzələsində problem yaranıb. Bu da sonradan futbolçuya problem yarada bilər. Gərək, bir müddət dincəlsin”.
Rednik oyunun qəhrəmanı olan Asif Məmmədov haqda da danışıb: “Asif birinci hissədə yaxşı çıxış edirdi. Bizim qapı qarşısında təhlükə də onun oynadığı cinahdan yaradılırdı. Bu səbəbdən müdafiədə dəyişiklik etməli oldum”.
Gənc yarımmüdafiəçini heyətdən kənarlaşdırdığına görə təəssüflənməyən Rednik həmin vaxt seçim qarşısında qaldığını deyib: “Ya Asifi, ya da Tural Cəlilovu komandada saxlamalı idik. Tural yığmanın üzvü olduğuna görə, üstünlüyü ona verdik. Biz Asif üçün ən yaxşısını elədik”.

0
0