Vladimir Levin: Rəqiblərimiz güclüdür, amma biz də zəif deyilik
30.04.2011 - 23:05
Vladimir Levin: Rəqiblərimiz güclüdür, amma biz də zəif deyilik
“Azarkeşlərin maraqlı və həyəcanlı oyun izlədiyini düşünürəm. Çox maraqlı görüş oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun müdafiəçisi Vladimir Levin deyib.

Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran”la matçında müdafiədə inamlı təsir bağışlayan futbolçu komandasının 1 xal qazanmasına yardımçı olub. Bununla belə, millimizin də üzvü olan futbolçu meydana yalnız qələbə üçün çıxdıqlarını bildirib: “Kifayət qədər qol vurmaq üçün imkanlarımız oldu. Lakin hücumçularımız istifadə edə bilmədilər. Artıq bu oyunu unudub, qarşıdakı görüşlər haqda düşünməliyik”.

Levin “İnter”in final mərhələsində hələ də qələbə qazana bilməməsinin səbəbini izah edə bilməyib. O, bunda rəqiblərin güclü olmasını da istisna etməyib: “Rəqiblərimiz güclüdür, amma biz də zəif komanda deyilik. Ancaq qələbə qazana bilməməyimizin səbəbini izah etməkdə çətinlik çəkirəm”.