Nikolae Muşat: “Neftçi”nin çempion olduğunu demək olmaz
30.04.2011 - 23:07
“Çətin oyun olacağını bilirdik. Çünki rəqibimiz ölkənin son çempionu idi. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Nikolae Muşat deyib.
Hesabat turunda “İnter”lə xalları yarı bölən cənub təmsilçisi lider “Neftçi” ilə xal fərqini azalda bilmədi. Üstəlik, bu gün “Qarabağ” “Bakı”nı məğlub etsə, “ağ-yaşıllar”ı ikinci pillədən sıxışdıracaq. “Neftçi” isə AZAL-ı məğlub edəcəyi təqdirdə, çempionluğunu bayram edəcək.
Ancaq rumıniyalı legioner qızıl medallardan əlini üzməyib. O, hər şeyin rəsmiləşəcəyi tarixə qədər gözləməyi məsləhət bilib: “Hələ heç nə həll olmayıb. “Neftçi”nin çempion olduğunu demək olmaz. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Qələbə qazanmaq üçün irəli atıldıq. Həm bizim, həm də onların qol vurmaq üçün şansları oldu. Təəssüf ki, istifadə edə bilmədik”.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0