Dmitri Kruqlovdan xeyli faktor: Biz bir xal qazanmamalı idik
30.04.2011 - 23:13
Dmitri Kruqlovdan xeyli faktor: Biz bir xal qazanmamalı idik
“Biz bir xal qazanmamalı idik. Çünki real qol imkanlarımız daha çox oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in müdafiəçisi Dmitri Kruqlov deyib.

“Xəzər Lənkəran”la oyunda komandasının ən yaxşılarından olan estoniyalı futbolçu 3 xal qazana bilmədikləri üçün təəssüflənir. Onun fikrincə, “İnter” daha üstün oyun nümayiş etdirdi və qol imkanları çox oldu: “Düzdür, ikinci hissədə topa daha çox rəqib nəzarət edirdi. Lakin bizim real imkanlarımız daha çox idi. Sadəcə, onları reallaşdıra bilmədik”.

Artıq ikinci mövsümdür “İnter”in formasını geyinən Kruqlov sabit oyunu ilə seçilir. Ölkəsinin yığma komandasına da dəvət edilən futbolçu son 6 oyunda qələbə qazana bilməməklərinin müxtəlif səbəblərinin olduğunu deyir: “Bilirsiz, final mərhələsində qələbə qazana bilməməyimizin bir neçə səbəbi var. “Birlik kuboku”nu qazandıqdan sonra komandanın istirahət etməyə vaxtı olmadı. Komandaların güclü olmasının da müəyyən təsiri var. Nə bilim, təsir edən faktorlar çoxdur”.