Milli futbolçular arasında qalmaqal
30.04.2011 - 23:21
“Neftçi” klubunun kapitanı Rail Məlikov “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevin son günlər mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Məlikov yığmamızda çiyin-çiyinə oynadığı Abdullayevin ünvanına sərt fikirlər səsləndirib: “Biz həmişə bir atalar sözünə üstünlük verərək, neytral dayanmışıq: İt hürər, karvan keçər. Amma indi it hürmür, çaqqal ulayır, karvan keçir. Bundan əvvəl “Xəzər Lənkəran”ın bir futbolçusu da demişdi ki, penaltiləri həmişə "Neftçi"nin lehinə verirlər. Amma "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasında son dəqiqələrdə qapımıza 11 metrlik cərimə zərbəsi veriləndə, "Xəzər Lənkəran" - "İnter" oyununda meydan sahiblərinin qapısına təmiz penalti verilməyəndə, heç biz danışmırdıq. Çünki biz peşəkarıq və başımızı aşağı salıb futbolumuzu oynayırıq”.
- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0