Elnur Allahverdiyev Rail Məlikovla “məzələndi”
01.05.2011 - 00:02
“Mən bilmirəm ki, kimə - böyük, yoxsa kiçik Railə cavab verim. Onun nə vaxt doğulduğunu bilmirəm. Yadımdadır, əvvəl adı Ramil idi, sonra Rail olub”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
Milli komandamızda çiyin-çiyinə oynayan müdafiəçilər arasında qalmaqal yaranıb. Məlikovun söylədiyi ittihamlara cavab verən Allahverdiyev onu doğum tarixini saxtalaşdırmaqda ittiham edib: “Bəyəm mən əvvəl kiməsə “çaqqal” demişəm? Ona məsləhət görərdim ki, pasportuna - adına və soyadına baxsın. Əgər məndən sonra da milli komandada oynamaq istəyirsə, bir neçə yaş da “cavanlaşsın” və məşqçilər onu mənim mövqeyimdə oynadarlar. Qoy, Məlikov öz adını müəyyənləşdirsin”.

0
0