57-ci
01.05.2011 - 11:23
Azərbaycan çempionatının I divizionunda uğurlu çıxış edərək, Premyer Liqaya vəsiqə qazanan “Rəvan” güclülər dəstəsinin 57-ci komandası olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək elitada oynamış 55 kluba qarşıdakı mövsümdə daha ikisi əlavə olunacaq.
Belə ki, aşağı dəstənin çempionu “Abşeron” kimi, “Rəvan” da Premyer Liqada debüt edəcək. Bununla, elita klublarımızın sayı 57-yə çatacaq.
Düzdür, bunlardan biri – Nəvahinin “Gənclik” klubunun “57-lik”də olması formal xarakter daşıyır. Bütün nəticələri ləğv olunan bu komandanın hesabında 38 texniki məğlubiyyət var.
Qeyd edək ki, yalnız 3 komanda – “Neftçi”, “Qarabağ” və “Turan” Premyer Liqanın əbədi iştirakçılarıdır.

0
0