Vaqif Cavadov “qış yuxusu”ndan ayıldı
01.05.2011 - 16:12
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov 2011-ci ildə ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, “Bakı”nın hücumçusu ön xətt oyunçularına yaraşmayacaq həddə uzun sürən qol həsrətinə son qoyub.
Cavadov Azərbaycan Premyer Liqasının XXIX turunun “Qarabağ”la oyununda “qış yuxusu”ndan ayılıb. Belə ki, o son qolunu qış girməmiş, oktyabrın 16-da MOİK-lə qarşılaşmada vurmuşdu. Bu isə o deməkdir ki, Vaqif 197 gündən sonra qol sevinci yaşadı.

0
0