“Bəxtimiz də bu gün gətirmədi”
01.05.2011 - 18:59
“Bəxtimiz də bu gün gətirmədi”
"Meydança yaxşı vəziyyətdə deyildi. İlk hissədə buraxdığımız səhv qapımızda qolla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Turan" klubunun məşqçisi Sakit Alıyev deyib.

Baş məşqçi Naci Şensoy cəzalı olduğu komandasını Azərbaycan Premyer Liqasının XXIX turuna çıxarmalı olan Alıyev matç haqda fikirlərini açıqlayıb. O, 0:1 hesablı məğlubiyyəti öz səhvləri ilə bağlayıb: “Lakin ikinci hissədə daha yaxşı oynadıq. Futbol bəxtimiz də bu gün gətirmədi. İkinci hissədə göstərdikləri oyuna görə komandaya təşəkkür edirəm. Sona qədər bizi dəstəklədikləri üçün azarkeşlərimizə minnətdaram".

Mənbə: pfl.az