“Bu, həm mənim, həm də futbolçular üçün xeyirli oldu”
01.05.2011 - 19:08
“Bu, həm mənim, həm də futbolçular üçün xeyirli oldu”
"İlk hissədə müdafiədə ən zəif oyunumuzu göstərdik. Halbuki, müdafiəyə daha ciddi fikir ayırmışdıq. Çox kobud səhvlər buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIX turunun “Bakı” ilə qarşılaşması (2:2) haqda fikirlərini açıqlayıb: “Lakin, bu, həm mənim, həm də futbolçular üçün xeyirli oldu. İkinci hissədə oyunu dəyişmək üçün hər şey etdik. Sonadək mübarizə apardıq, bərabərlik qolunu vurduq, 1 xal qazandıq. Çempionatın sonuna yaxın belə hallar olur. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. "Bakı"ya kubok oyunlarında uğurlar arzulayıram".

Mənbə: pfl.az