“Mançester Yunayted” məğlub oldu
01.05.2011 - 20:56
“Mançester Yunayted” məğlub oldu
İngiltərə çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşmasında Premyer Liqanın ən titullu klubları “Mançester Yunayted” və “Arsenal” üz-üzə gəlib.

Prinsipial rəqiblərin qarşılaşmasında cəmi 1 qol vurulub. London təmsilçisi öz meydanındakı görüşü 1:0 hesablı qələbə ilə başa çatıb. Remsinin 56-cı dəqiqəsindəki qol “Arsenal”a 3 xal qazandırıb.

Məğlubiyyətə baxmayaraq 35 turdan sonra hesabında 73 xal olan Mançester təmsilçisi zirvədəki yerini qoruyub. Lider “Çelsi”ni 3, “Arsenal”ı 6 xal qabaqlayır.