4 illik həsrət bitdi: “Xəzər Lənkəran” mövsümü medalla başa vuracaq
01.05.2011 - 20:58
“Xəzər Lənkəran”ın mövsümü mükafatla bitirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Bakının AZAL klubunun “Neftçi”yə məğlub olmasından sonra Mirça Rednikin yetirmələrinin ən azı 3-cü olacağı dəqiqləşib.
Belə ki, 4-cü pillədə qərarlaşan “təyyarəçilər” sona 3 tur qalmış II pillədəki “Xəzər Lənkəran”dan 10 xal geri qalır. Artıq çempionluq şansı rəsmən bitən lənkəranlıları 2-ci yerdən yalnız “Qarabağ” devirə bilər.
Mükafat alacağı dəqiqləşən “ağ-yaşıllar” 4 illik həsrətə son qoyub. Komanda sonuncu dəfə 2006/07 mövsümündə çempionatın medallarını qazanmışdı. Həmin vaxt çempionluğu bayram edən “Xəzər Lənkəran”ın tarixində daha 1 mükafat – gümüş var ki, bu da 2004/05 mövsümündə qazanılıb.

0
0