Arif Əsədov: Qarşıdakı oyunlarda gənclərə şans verəcəyik
01.05.2011 - 21:57
Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə AZAL klubuna 3:1 hesabı ilə gələn "Neftçi" sona 3 tur qalmış çempionluğunu təmin edib. Apasport.az saytının məlumatına görə, "Neftçi" komandasının baş məşqçisi Arif Əsədov oyun sonrası mətbuat konfransında fikirlərini bildirib.
O, çempionluğun kimə həsr olunmasını açıqlayıb: "Çox sevinirəm ki, çempion olduq. Azarkeşlər bu çempionluğu çoxdan gözləyirdilər. Çempionluğu klub prezidenti Sadıq Sadıqova həsr edirik. Çox təəssüf ki, zədə üzündən məcburi əvəzləmələr etməli olduq. Yəqin ki, qarşıdakı oyunlarda gənc futbolçulara şans verəcəyik".
Mənbə: pfl.az

0
0