“Əgər oyunçumuz hakimi vurubsa, onun meydandan qovulması düzgündür”
01.05.2011 - 22:08
“Əgər oyunçumuz hakimi vurubsa, onun meydandan qovulması düzgündür”
“Oyunun əvvəlində iki səhv buraxdıq, qapımızda iki qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Azərbaycan Premyer Liqasının XXIX turunun “Neftçi” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. Süleymanov 1:3 hesabı ilə uduzduqları rəqibin çempionluğu rəsmiləşdirməsinə də biganə qalmayıb: “Əgər oyunçumuz hakimi vurubsa, onun meydandan qovulması düzgündür. Ümumilikdə zəif oynadıq. “Neftçi”ni qələbə və çempionluq münasibəti ilə təbrik edirəm”.

Mənbə: pfl.az