“Çempionluq sevinci yaşamaq çox xoşdur”
01.05.2011 - 23:04
“Çempionluq sevinci yaşamaq çox xoşdur”
Denis Silva formasını geyindiyi “Neftçi” klubunun çempion olması münasibətilə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı müdafiəçi bildirib ki, komandası güclü olduğunu sübut edib: “Möhtəşəm qələbədir. Çempionluq sevinci yaşamaq çox xoşdur. "Neftçi" ən güclü olduğunu bir daha sübut etdi. Klub rəhbərliyinə və bizi sonadək dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm”.

Mənbə: klubun saytı