2011-ci ilin ən məhsuldar futbolçuları müəyyənləşdi
02.05.2011 - 10:07
2011-ci ilin ən məhsuldar futbolçuları müəyyənləşdi
2011-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il keçirilən beynəlxalq matçlarda ən çox qol vuranları müəyyənləşdirib.

Portuqaliyanın “Porto” klubunda oynayan Kolumbiya millisinin futbolçusu Falkao 9 qolla siyahıya başçılıq edir. O, yığmada 1, qitə kuboklarında 8 dəfə fərqlənib. İspaniyanın “Vilyarreal” klubunun italiyalı oyunçusu Cüzeppe Rossinin hesabında 7 top var. O, yığmada 2, klubda 5 qol vurub. Eyni sayda qol vuran braziliyalı Uollison Rikardo Monteyro və argentinalı Roberto Nanni bütün qollarını qitə kuboklarında vurduqları üçün 3-cü yerə şərikdirlər. Onlar müvafiq olaraq, “Kruzeyro” və Boliviyanın “Serro Porteno” klublarında fərqləniblər.

Qeyd edək ki, Falkaonun başçılıq etdiyi siyahıda Azərbaycan təmsilçisi yoxdur.