Arif Əsədovun ikinci qızılı
02.05.2011 - 10:31
Arif Əsədov məşqçilik karyerasında ikinci dəfə Azərbaycan çempionu oldu. Apasport.az saytının məlumatına görə, 41 yaşlı Əsədov çalışdırıcı kimi ilk çempionluğunu da “Neftçi”də qazanmış və bu, 2009-cu ildə baş vermişdi.
Söhbət əvəzedici çempionatın qalibi olmasından gedir. Həmin vaxt Əsədovun yetirmələri Premyer Liqa klublarımızın əvəzedici komandaları arasında keçirilən çempionatda ən güclü olmuşdu. Əsədov həmin vaxt rəhbərliyi altında oynamış bir sıra gənc futbolçuları – qapıçı Elçin Sadıqov, müdafiəçi Tərlan Quliyev, yarımmüdafiəçilər Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Amit Quluzadə sonradan əsas komandaya gətirdi və bu dəfə Premyer Liqanın qalibi oldular. Eyni sözlər Əsədovun əvəzedici komandada olduğu kimi köməkçisi olan Elmir Xankişiyevə də aiddir.
Əsədov əvəzedicilərin qalibi olandan sonra “Neftçi”nin əsas komandasına gətirildi. O, 2009/10 mövsümündə əvvəl Böyükağa Ağayevin, sonra Vaqif Sadıqovun köməkçisi oldu. Keçmiş müdafiəçi vaxtilə rəhbərliyi altında oynadığı təcrübəli mütəxəssislər kənarda qalanda baş məşqçi vəzifəsini icra etdi. Sadıqovun ötən çempionatda təsnifat mərhələsi bitən kimi istefasından sonra Əsədov komandanın “sükanı arxası”na keçdi və “altılığ”ın sonuna kimi postunda oldu. Ona mövsümlərası fasilədə komandanı özünün quraraq, hazırlanmasına şərait yaradıldı və baş məşqçi kimi sona 3 tur qalmış çempionluğu rəsmiləşdirməklə, rəhbərliyin etimadını doğrultdu.
Qeyd edək ki, Əsədov həm futbolçu, həm də baş məşqçi kimi milli çempionatımızın ilk qalibi kimi tarixə düşdü. O, futbolçu karyerasında dünya və Avropa çempionluğunu qazanıb ki, bu SSRİ vaxtında yeniyetmələr yığmasında olub. Əsədov baş məşqçi kimi fəaliyyətə başladığı 19 yaşlılardan yığmamızla seçmə mərhələlərdə ən çox xal toplayandır.
Mehman SÜLEYMANOV

0
0