Fariz Nəcəfov: Həmin futbolçular gələn mövsüm üçün nəzərdə tutulub - MÜSAHİBƏ
02.05.2011 - 11:25
“Qəbələ” futbol klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Mövsümün başa çatmasına 3 tur qalıb. Komandanızın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
- Bu il komandanı komplektləşdirməyə çalışdıq. Komandanın sonuncu turda “Simurq”la keçirdiyi oyun xoşumuza gəlmədi. Amma ümumilikdə, komanda komplektləşir. Yəni, cari çempionatda heç bir iddiamız yoxdur deyə, baş məşqçi gənclərə də oynamaq şansı verir. Gələn il fərqli olacaq.
- Amma çempionatın gedişində “Qəbələ” özü üçün iddia yaratmışdı. Komanda ilk “altılığ”a düşməyə yaxın olduğu məqamda şansını əldən verdi. Bu nə ilə bağlı idi?
- Bəlkə də bəxtləri gətirmədi. 13-14 oyunda məğlub olmadılar. Ardıcıl heç-heçələr, qələbələr qazandıq. Sona yaxın komanda büdrədi. Bu da “altılığ”a düşməyimizə mane oldu.
- Heyətin komplektləşdiyini dediniz. Yayda heyətdə dəyişiklərin olacağı və bu da yenidən komplektləşmə üçün vaxtın lazım olacağı deməkdir.
- Toni Adamsın gəlişindən sonra heyətə qatdığımız futbolçuların hamısı cari yox, gələn mövsüm üçün nəzərdə tutulub. Bruno da Silva, Bruno dos Anjos, Con Kollins, Deon Barton, Stiv Olfers gələn mövsüm üçün heyətə cəlb edilib. Mahir Şükürovu da bu məqsədlə heyətə qatmışıq. Artıq o, komanda ilə birgə məşqlərə başlayıb.
- Son vaxtlar “Qəbələ”nin yığmanın əksər üzvlərini heyətə cəlb edəcəyi ilə bağlı müxtəlif fikirlər yayılıb. Bu nə dərəcədə realdır?
- Hansısa futbolçunu sırf yığmanın oyunçusu olduğuna görə yox, limitə görə heyətimizdəki səviyyəli yerli uşaqların sayını artırmaq məqsədilə transferlər edəcəyik. Bu, o demək deyil ki millinin bütün oyunçuları bizdə oynasın. Belə fikrimiz yoxdur. Digər yandan yığmanın oyunçularında yorğunluqla bağlı problemlər də yaranır.
- Kimlərlə danışıqlar aparırsınız?
- Yalnız Vurğun Hüseynovun adını qeyd edə bilərəm. Onunla danışıqlar yekunlaşmaq üzrədir. Klubla da danışmışıq.
- Qarşı tərəfə transferlə bağlı hansısa məbləğ ödəyəcəksinizmi?
- Çox güman ki, hə.
- Vaqif Cavadovun “Qəbələ”yə keçidi necə, gündəmdədirmi?
- İnanmıram. Bəlkə də danışıqlar olub.
- Növbəti mövsümdə komandanın konkret məqsədi nə olacaq?
- Ən azı avrokuboklara vəsiqə qazanmaq. Hər şey çempionatın başlanğıcından asılı olacaq. Özümüz üçün müəyyənləşdirəcəyik ki, çempionluq uğrunda oynaya bilirik ya yox. Çünki digər komandalar da inkişaf edirlər.
- İkinci “altılıq”da komandanın heç bir stimulu yoxdur. Bəs rəhbərlik tərəfindən necə, futbolçularda marağı artırmaq üçün oyundan əvvəl hansısa mükafat vəd olunurmu?
- Mükafat yox. İkinci “altılıq”da Adams bütün uşaqlara şans verir. Kim komandada qalmaq istəyirsə, özünü yaxşı tərəfdən göstərməlidir.
- Kimlərlə yollarınızı ayıracağınız dəqiqləşibmi?
- Hələ yox.
- “Qəbələ”nin 13 yaşlı futbolçulardan ibarət komandası ölkə çempionu oldu. Bunun bağlı təəssüratlarınız necədir?
- Əsas istəyimiz, işimiz yaxşı futbolçular yetişdirməkdir. Uşaqların bu cür əzmkar yetişməsi üçün təbii ki, qələbə də olmalıdır. Həm də onların öz yaşıdları arasında yarışlar bu cür gərgin keçməlidir.
- Aşağıyaşlı komandalarınızın yaxın vaxtlarda yenidən xarici ölkələrə getməsi gündəmdədirmi?
- Hələ yox. Ola bilsin, Barselonaya getsinlər, amma bu mövsüm yox.

0
0