Çempionlar Liqasında ən zəiflər arasında
02.05.2011 - 11:36
“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsinin ən zəif 2 komandasından biridir. Apasport.az saytının məlumatına görə, iştirakçıların bir çoxunun adı məlum olduğu üçün, onların hansı səbətdə qərarlaşacağı da bilinir.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu səpələnməmişlər sırasında olacaq. Bu da komandanın çox aşağı reytinqə malik olması ilə bağlıdır – 1,233.
“Neftçi” 34 komandanın nəzərləri dikiləcək püşkatmada səpələnməmişlərin sonuncu komandası da ola bilər. Belə ki, hələ müəyyənləşməyən Albaniya çempionu təmsilçimizdən öndə də, arxada da qərarlaşa bilər. “Ağ-qaralar”ın püşk zamanı II təsnifat mərhələsinin 34 komandası arasında 33-cü, yoxsa 34-cü olmasına Albaniyadakı son 2 tur aydınlıq gətirəcək.
Düzdür, nəzəri cəhətdən “Neftçi”ni qabaqlaya biləcəyi albaniyalılar kimi, Andorra və San-Marino təmsilçiləri də daha aşağı reytinqə malikdir. Yəni, Çempionlar Liqasının 76 komandası arasında çempionumuzdan geridə olan ən azı 2, albaniyalıları da saysaq 3 komanda var. Lakin ilk 2 mərhələnin püşkü eyni vaxtda atıldığından, I təsnifat mərhələsində daha yüksək reytinqli 3 komandanın göstəriciləri əsas götürülür.
Çempionlar Liqasının II təsnifat mərhələsində komandaların bölgüsü
Səpələnmişlər: BATE (Belarus), “Rusenborq” (Norveç), APOEL (Kipr), HİK (Finlandiya), “Dinamo” (Xorvatiya), Şotlandiya, İsrail, Çexiya, Bolqarıstan, Serbiya, Avstriya çempionları
Səpələnməmişlər: “Pünik” (Ermənistan), “Skonto” (Latviya), “Banqor Siti” (Uels), “Tobol” (Qazaxıstan), “Flora” (Estoniya), “Breydablik” (İslandiya), “Neftçi” (Azərbaycan), Çernoqoriya, Albaniya çempionları, I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-müəyyənlər: “Ekranas” (Litva), “Malmö” (İsveç), “Şemrok Rovers” (İrlandiya), Polşa, Slovakiya, Gürcüstan, Bosniya və Herseqovina, Macarıstan, Moldova, Sloveniya, Makedoniya

0
0