“Neftçi” üçün “asan yem” və ya MOİK-ə qarşı qapıçısız oynamaq olar
02.05.2011 - 12:47
“Neftçi” üçün “asan yem” və ya MOİK-ə qarşı qapıçısız oynamaq olar
“Gəncə” mövsümün rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, qərblilər eyni rəqib üçün ən amansız komandadır.

Gəncəlilər cari mövsümdə 4-cü dəfə MOİK-i məğlub etməklə, öz “asan yem”i sayəsində 12 xal qazanıb. Bu matçlarda 9 qol vuran “Gəncə”nin az qala qapıçıya da ehtiyacı olmayıb – evdə 1:0, 1:0, səfərdə 5:0, 2:0.

Düzdür, qərblilər cari mövsüm 1 komandadan 12 xal alan 2-ci komanda olub. Lakin “Gəncə”dən fərqli, “Muğan” daha kiçik fərqlə “Simurq”u üstələyib – 8:1. Salyanlılar daha çox ikinci mərhələdə amansızlaşıb – evdə 1:0, 3:0, səfərdə 1:0, 3:1.

Hər hansı komandaya qənim kəsilən hər 2 klub ikinci “altılıq”da “at oynadıb”. Mükafatlar uğrunda yarışanların oyunlarında isə ən yüksək göstərici “Neftçi”yə məxsusdur. “Ağ-qaralar”ın “asan yem”i isə AZAL-dır. Arif Əsədovun yetirmələri bu komandadan 10 xal alıb – evdə 1:0, 2:1, səfərdə 0:0, 3:1.