Premyer Liqa Bakı çempionatına dönür
02.05.2011 - 13:17
Gələn mövsüm Premyer Liqada Bakı təmsilçilərinin sayı artacaq. Apasport.az saytının məlumatına görə, cari ildə güclülər dəstəsində 5 komandası olan paytaxt 2011/12 mövsümündə bu sayı 6-ya çatdıracaq. Bu artım I diviziondan elitaya yüksələn hər 2 komandanın Bakını təmsil etməsi sayəsində mümkün olub.
Düzdür, “Abşeron” və “Rəvan”ın uğuru fonunda MOİK Premyer Liqada bakılıların nüfuzunu qoruya bilmədi. Lakin digər 4 paytaxt təmsilçisi – AZAL, “Bakı”, “İnter” və “Neftçi”nin də güclülər sırasında qaldığını unutmaq olmaz. Bu da o deməkdir ki, 12 Premyer Liqa klubundan 6-sı, yəni yarısı paytaxtı təmsil edəcək.
2008/09 mövsümündən sonra belə yüksək təmsilçilik payı əldə etməyən Bakı Premyer Liqa tarixində 5-ci dəfə paytaxt-əyalət müqayisəsində bərabərliyə nail olub. 1 dəfə - 2003/04 mövsümündə isə komandaların yarıdan çoxu Bakı təmsilçisi idi. Amma həmin vaxt “Ümid” mövsümün əvvəlində yarışda çıxışını dayandırdı və sonda tarazlıq yarandı: mövsümü bitirən 14 komandadan yarısı paytaxt komandası oldu.
Mövsüm | Klub sayı | Paytaxttəmsilçiləri | faiz |
1992 | 26 | 4 | 15,4% |
1993 | 20 | 5 | 25,0% |
1993/94 | 16 | 5 | 31,3% |
1994/95 | 13 | 4 | 30,8% |
1995/96 | 12 | 4 | 33,3% |
1996/97 | 16 | 7 | 43,8% |
1997/98 | 15 | 7 | 46,7% |
1998/99 | 14 | 7 | 50,0% |
1999/2000 | 12 | 6 | 50,0% |
2000/01 | 11 | 4 | 36,4% |
2001/02 | 12 | 6 | 50,0% |
2003/04 | 15 | 8 | 53,3% |
2004/05 | 18 | 8 | 44,4% |
2005/06 | 14 | 5 | 35,7% |
2006/07 | 13 | 4 | 30,8% |
2007/08 | 14 | 5 | 35,7% |
2008/09 | 14 | 7 | 50,0% |
2009/10 | 12 | 4 | 33,3% |
2010/11 | 12 | 5 | 41,7% |
2011/12 | 12 | 6 | 50,0% |
0
0