Slavço Georgiyevski: Bundan böyük xoşbəxtlik ola bilməz
02.05.2011 - 13:51
“Komandamız çempion oldu. Bundan böyük xoşbəxtlik ola bilməz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin makedoniyalı futbolçusu Slavço Georgiyevski deyib.
Millisinin üzvü olan təcrübəli yarımmüdafiəçi qızıl medal qazandıqları AZAL son oyuna çox ciddi hazırlaşdıqlarını bildirib: “Axı rəqiblərimizin xal itkisi ilə üzləşdiyini bilirdik. Qalib gələcəyimiz təqdirdə vaxtından əvvəl çempion olacaqdıq. Bunu dərk edərək meydana çıxmışdıq. "Neftçi"də möhkəm, döyüşkən, əla kollektiv formalaşıb. Biz bir daha sübut etdik ki, "Neftçi" hazırda Azərbaycanın ən güclü komandasıdır. Düzdür, mövsüm çətin keçdi. Bu uzun marafonun sonunda qızıl medalları qazandıq”.
Slavço “Neftçi”ni Azərbaycan çempionatının qalibi kimi qarşıda Çempionlar Liqası kimi mötəbər turnirdə gərgin mübarizə gözlədiyini söyləyib: “Avropanın yaşıl meydanlarında Azərbaycanı layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Mən buradan "Neftçi"nin möhtəşəm azarkeşlərinə səslənmək istəyirəm: "Ağ-qaralı" azarkeşlər bütün mövsüm boyu bizi yalnız buraxmadılar, soyuqda, qarda, yağışda, səfər oyunlarında daim bizim yanımızda oldular. Bu çempionluğu onlara həsr edirik".

0
0