“Onlara çempionluğa layiq olduğumuzu sübut edəcəyik”
02.05.2011 - 14:00
“5 ildir bu günü gözləyirdim. Komandamızın heyətində gümüş və bürünc medal qazanmışdım. Ancaq çempion olmamışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Ruslan Abışov deyib.
“Ağ-qaralar” XXIX turda AZAL-ı məğlub edərək, Premyer Liqanın sonunda 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bununla da paytaxt təmsilçisi 6 illik həsrətə son qoymuş oldu: “İlk çempionluğumdur, xoşbəxtəm. Başqa arzularım və məqsədlərim var. Onları həyata keçirməyə çalışacağam. Onlardan biri Çempionlar Liqasında oynamaqdır. Digər arzularım isə yaxşı legioner həyatı yaşamaq, yığmanın heyətində uğur qazanmaqdır”.
Qızıl medallara gedən yolda bütün oyunların çətin və gərgin keçdiyini vurğulayan Abışov bildirib ki, məqsədlərinə çatacaqlarını ilk oyunca inanıblar: “İlk “altılıq”dakı oyunların hamısı çətin keçdi. Hər şey “Qarabağ”la ilk turda keçirdiyimiz görüşdən başladı. Həmin matçda çempion ola biləcəyimizə inandıq. Həm də uzun zaman idi çempion erkən müəyyənləşmirdi. Amma biz bunu sona 3 tur qalmış reallaşdırdıq”.
Çempionluğu təmin etmələrinə baxmayaraq, “Neftçi” üçün daha bir önəmli matç var. Belə ki, paytaxt təmsilçisi “Xəzər Lənkəran”la görüşdə öz gücünü sübut etmək üçün həmin qarşılaşmaya ciddi hazırlaşacaq: “3 oyunun hamısına ciddi hazırlaşacağıq. Ancaq “Xəzər Lənkəran”la oyun bizim üçün daha vacibdir. Kubokun revanşını almaqla yanaşı, onlara həm də çempionluğa layiq olduğumuzu sübut edəcəyik”.

0
0