“Barselona” finalda rəqibini gözləyir
04.05.2011 - 00:37
Bu gün Çempionlar Liqasında (ÇL) cavab yarımfinal oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə “Real” arasında son 18 gündə sonuncu – 4-cü “El Klassiko” sülhlə nəticələndi. Ancaq bu müddətdə ilk dəfə “Nou Kamp” stadionunda keçirilən oyunda 1:1 hesablı bərabərlik meydan sahiblərinə uğur gətirib. Çünki “Barsa” Madriddəki ilk oyunda 2:0 hesablı qələbə qazandığından, finala çıxıb. Sonuncu dəfə 2002-ci ildə ÇL-in finalına çıxan, onun qalibi olan “Real”ın isə kubok həsrətinə hazırkı baş məşqçisi Joze Mourinyo da son qoya bilmədi. Cəzalı olduğundan, cavab oyununu tribunadan izləməli olan portuqaliyalı ÇL-nin son qazanan baş məşqçi idi. Mourinyo buna ötən mövsüm İtaliyanın “İnter” klubu ilə nail olmuşdu.
Qeyd edək ki, “Barsa”nın finaldakı rəqibi bu gün “Mançester Yunayted” – “Şalke” oyununda müəyyənləşəcək. İngilislər səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, finala çıxmağa daha şanslıdırlar. “Mançester Yunayted” də “Barsa” kimi sonuncu dəfə 2009-cu ildə ÇL-in finalında oynamış və həmin görüş ispanların qələbəsi (2:0) ilə nəticələnmişdi.
3 may
“Barselona” (İspaniya) – “Real” (İspaniya) - 1:1
İlk oyun – 2:0
QOLLAR: Pedro, 54 - Marselo, 64

0
0