“Neftçi”dən superkubok iddiası
02.05.2011 - 19:15
“Yenidən Superkubokun keçirilməsi yaxşı fikirdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Azərbaycan Premyer Liqasının cari mövsümün qalibi olan 41 yaşlı çalışdırıcı Superkubokun bərpasını arzulayır. Bir sıra ölkələrdə yeni mövsümə məhz bu oyunla başlayırlar ki, həlledici görüşdə son çempionla kubokun qalibi kimin güclü olduğu müəyyənləşdirir.
Ancaq təəssüf ki, ölkəmizdə artıq 16 ildir Superkubok keçirilmir. Vaxtilə futbolçu kimi Superkubokun qalibi olan Əsədov belə oyunların azarkeşlər üçün də maraqlı olduğunu bildirib: “Bu da intriqa baxımından yaxşıdır. Azərbaycan çempionu ilə kubokunun qalibinin görüşünü izləmək maraqlı olardı. Mən Superkubokun keçirilməsini tərəfdarıyam”.
Qeyd edək ki, Azərbaycanda Superkubok 3 dəfə keçirilib. Bunlardan 2-də (1993, 1995) “Neftçi”, 1-də “Qarabağ” (1994) qalib olub. Əslində, “Qarabağ” 1993-cü ildə “qızıl dubl” etdiyindən, yəni, həm çempion, həm də kubokun qalibi olduğundan, Superkubok birbaşa ona təqdim olundu. “Neftçi” isə əvvəl “İnşaatçı”ya 4:1 hesabı ilə, sonra “Turan”a oyun sonrası penaltilərlə qalib gələrək, Superkuboku alıb. Əsədov ilk Superkubokun qaliblərindən biri kimi futbol tariximizə düşüb. Onun çalışdırdığı “Neftçi”nin Superkubok keçiriləcəyi halda, rəqibi mayın 24-də ölkə kubokunun finalında müəyyənləşəcək.
Mehman SÜLEYMANOV

0
0