AFFA 7 kluba avrokuboklarda oynamağa lisenziya verdi
02.05.2011 - 18:00
AFFA 7 kluba avrokuboklarda oynamağa lisenziya verdi
AFFA 7 kluba lisenziya verib. Apasport.az saytının məlumatına görə, Lisenziyalaşdırma komissiyasında 2011/12-ci il mövsümündə avrokuboklarda iştirak etmək üçün lisenziya almaq istəyən klubların – AZAL, “Bakı”, “İnter”, “Neftçi”, “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran”ın müraciətinə baxılıb. Onların hamısı UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyanı əldə ediblər.

Qeyd edək ki, bu klublardan ilk “altılıq”dan və ölkə kubokundan kənarda qalan “Qəbələ” avrokuboklarda oynamaq imkanını əldən buraxıb.