“Barselona” və “Real”a rədd cavabı
02.05.2011 - 23:09
Ötən həftə Çempionlar Liqasının yarımfinalında üz-üzə gələn "Barselona" və Real" matç zamanı və matçdan sonra baş verən hadisələrə görə UEFA-ya şikayət etmişdi. Lakin qurum hər iki tərəfin şikayətini rədd edib. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, Madrid klubu Daniel Alveş, Serxio Buskets, Rodriqes Pedro, Xose Pinto, Seyidu Keyta və Viktor Valdesin idmançıya yaraşmayan şəkildə davrandığını və bu oyunçuların hakimin yanlış qərarlar verməsinə səbəb olduğunu açıqlamışdı.
Lakin "Real" tərəfi ilə eyni düşünməyən UEFA onların iddiasını geri çevirib. Eyni zamanda, "Barselona" da qurumdan rədd cavabı alıb. Matçdan sonra katalon klubunun əleyhinə ittihamlar səsləndirən "Real"ın baş məşqçisi Joze Mourinyonu UEFA-ya şikayət edən “Barsa” heç bir nəticə əldə etməyib.

0
0