Ramiz Məmmədov “Atırau”dan narazıdır
03.05.2011 - 10:36
Həmyerlimiz Ramiz Məmmədov Qazaxıstanda baş məşqçisi olduğu “Atırau” klubunun oyunundan narazıdır. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı komandasının turnir cədvəlində qərarlaşdığı vəziyyətini gərginliklə əlaqələndirib: “Biz məşqçilər heyəti komandanımızın oyunundan aşkar narazıyıq. Çox təəssüf ki, “Lokomotiv”ə qalib gələ bilmədik. Böyük gərginlik vardı. Bu da komandanın xal yığa bilməyərək, ilk “altılıq”dan kənarda qalması ilə bağlıdır. Təəssüf ki, bu təzyiq bizə öz qol vəziyyətlərimizi reallaşdırmağa imlan vermir və hər şey qolsuz bərabərliklə nəticələndi”.
0
0