“Xəzər Lənkəran”ın üstünlüyü, “Bakı”nın Avropaya sonuncu şansı
03.05.2011 - 11:11
Sabah NBC Bank Azərbaycan kubokunun cavab yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, mayın 24-də finalda görüşəcək komandaların adları Bakıdakı matçlarda bilinəcək.
İlk görüşlərdən sonra hər bir komandanın finala çıxmaq imkanı qalır. “Xəzər Lənkəran” səfərdə istənilən bərabərliklə həlledici oyuna vəsiqə qazanacaq. “Bakı” rəqib meydanında qol vura bilmədiyindən, evdə top buraxarsa, işini çətinə salacaq. Ona görə də son ölkə kubokunun titulunu qorumaq üçün qapısının toxunulmazlığına fikir verib, 2 top fərqi ilə qalib gəlməlidir.
Əslində, “Xəzər Lənkəran” ötən tur çempionluq şansını itirsə də, Avroliqaya çıxmasını rəsmiləşdirdi. Yəni, kubokun qalan iştirakçılarından yalnız bu komanda istənilən halda, avrokuboklarda ölkəmizi təmsil edəcək. “Bakı”, “İnter” və AZAL isə qitə miqyaslı turnirə son vəsiqə uğrunda mübarizə aparırlar və əsas diqqətini kuboka yönəldiblər. İndi söhbət “Xəzər Lənkəran”ın Avroliqada mübarizəyə hansı mərhələdən başlayacağından gedir.
Əgər cənublular kuboku qazanarsa, mübarizəyə birbaşa II təsnifat mərhələsindən qoşulacaq. “Bakı”nın Avroliqaya vəsiqə verə bilən 4-cü yeri tutmaq şansı az olduğundan, Avropaya yolu ölkə kubokundan keçir. Ona görə də “zolaqlılar” onlar üçün böyük əhəmiyyət kəsb edən sabahkı görüşə bütün gücünü qoyacaq.
Bakı derbisində isə şanslar bərabərdir. Ən azı ona görə ki, “İnter”lə AZAL arasında ilk oyunda qalibi müəyyənləşdirmək olmayıb. Azarkeşlər paytaxt təmsilçilərinin cavab görüşündə qol gözləyir ki, bunun baş verməsi əlavə vaxtın olmayacağı deməkdir. Əlbəttə, AZAL-ın səfərdə münasib nəticə qazanması yaxşı haldır və finala çıxmaq şanlarını artırır. “Təyyarəçilər” istənilən qələbə ilə həlledici oyuna vəsiqə qazanacaq. Ancaq digər tərəfdən, “İnter” istənilən qollu bərabərliklə adını finala yazdıracaq ki, bu səfərdə vurulan qolun kubokda üstün sayılması ilə bağlıdır. AZAL-ın baş məşqçisi Nazim Süleymanov “İnter”lə ilk oyunda texniki zonadan kənarlaşdırıldığından, cavab görüşündə tribunadan izləməli olacaq. Onu texniki zonada köməkçisi Rafiq Mirzəyev əvəzləyəcək.
4 may
18:00. “Bakı” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1
18:00. AZAL – “İnter”
Bakı. Şüvəlan qəsəbəsində AZAL stadionu
İlk oyun – 0:0

0
0