AFFA xaricdə 100-dən çox azərbaycanlı futbolçu tapıb
03.05.2011 - 12:27
AFFA xaricdə 100-dən çox azərbaycanlı futbolçu tapıb
AFFA xaricdə seleksiya işlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, son 1 il ərzində aparılan seleksiya işləri sayəsində müxtəlif ölkələrdə yaşayan Azərbaycan əsilli 100-dən çox futbolçu aşkar edilib.

Onlardan təxminən 60 nəfəri müxtəlif yığma komandaların heyətində toplanışa dəvət olunub, 30-dan çoxu hazırda müxtəlif yaş qrupu üzrə milli komandalarda çıxış edir. Bu işlər hazırda da həyata keçirilir. Milli komandalarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edə bilməsi üçün AFFA müxtəlif ölkələrdə yaşayan və yığmalarımızda çıxış etmək hüququna malik futbolçuların axtarışını davam etdirir. Bu layihə həm kişi, həm də qadın futbolçuların seleksiya işlərini əhatə edir.

Mənbə: affa.az