Fərqli seriyalar
03.05.2011 - 12:14
NBC Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının iştirakçıları sabah meydana fərqli əhval-ruhiyyədə çıxacaqlar. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək matçlarda paytaxt klubları uğursuzluqlara son verməyə çalışacaqlar.
AZAL-la “İnter”in görüşündə 2 komandadan birinin seriyasının qırılacağı demək olar ki, qaçılmazdır. Lakin qalibi müəyyənləşdirmək üçün əsas və əlavə vaxtın kifayət etməyəcəyi də mümkündür. “Bakı” – “Xəzər Lənkəran” görüşündə isə meydan sahibləri seriyanın qırmaqda maraqlıdırsa, qonaqlar ənənələrin qorunmasına çalışacaq.
Yarımfinalçıların davam edən seriyaları
AZAL ardıcıl 4 oyundur uduzur. Aprelin 10-da “Bakı” üzərindəki 1:0 hesablı qələbədən sonra “təyyarəçilər” 3 çempionat və 1 kubok görüşündə uduzublar.
“Bakı” 8 matçdır qələbə qazana bilmir. Martın 8-də kubokun 1/4 finalında “Qəbələ”ni 1:0 hesabı ilə udan bakılılar son 7 çempionat və 1 kubok matçında qələbə həsrətindədir.
“İnter” 9 oyundur qələbə nə olduğunu bilmir. “Bankirlər” martın 3-də kubokun ¼ finalında “Abşeron”u 1:0 hesabı ilə üstələmişdi. Sonrakı 7 çempionat və 2 kubok görüşündə isə bakılılar heç kimi məğlub edə bilmir.
“Xəzər Lənkəran” isə paytaxt klubları ilə əks qütbdədir. Belə ki, qələbəyə həsrət “üçlük”dən fərqli, onlar məğlubiyyətsiz matçları sıralayır. Cənublular martın 13-də AZAL-a 0:1 hesabı ilə uduzduqdan sonra 6 çempionat və 1 kubok görüşündə uduzmayıb.

0
0