Rodriqinyo “Neftçi”ni Braziliyada da təriflədi
03.05.2011 - 12:50
“Titul qazanmaq tam fərqli bir hissdir. “Neftçi” əla komandadır. Lakin uzun illərdir çempionluq həsrətində idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun braziliyalı futbolçusu Rodriqinyo deyib.
Braziliya mətbuatına açıqlama verən legioner paytaxt təmsilçisini cənubi amerikalılara tərifləyib: “Bir sözlə, bu uğur mənim üçün xüsusi önəm kəsb etməklə yanaşı, klub üçün də çox vacib idi. “Neftçi”yə çox tez uyğunlaşdım. Gələn kimi start heyətində yer aldım və oynamaqda heç bir problemim olmadı. Bəxtimdə gətirdi ki, çempionluq yolunda sonuncu qolu mən vurdum. Bu, çox xoşdur".
Qeyd edək ki, Rodriqinyo bu ilin yanvarında “Neftçi”yə transfer olunub.

0
0