“Berti Foqtsun heç bir rəsmi funksiyası yoxdur”
03.05.2011 - 13:12
Almaniyanın “Borussiya” klubunun uğursuz çıxışı Mönhenqladbax təmsilçisindəki islahatları qaçılmaz edib. Apasport.az saytının məlumatına görə, klubun sabiq əfsanələri rəhbərliyi devirmək arzusundadırlar. “Borussiya” rəhbərliyinə keçəcək yeni “komanda”da Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da var.
Stefan Effenberq, Günter Netser kimi əfsanələrin də yer aldığı “müxalif” düşərgəyə Horst Koppel başçılıq edir. O, “Borussiya”nın yeni baş məşqçisi olmaq istəyir. Koppel Foqtsun yeni komandada baş məşqçi olmayacağını bildirib: “Berti Foqts heç bir rəsmi funksiyanı yerinə yetirmir. Bunu əminliklə deyə bilərəm. O, Azərbaycan milli komandasının baş məşqçisidir və bu postda qalır”.
Qeyd edək ki, “silahdaşları” Foqtsu ictimai əsaslarla çalışacaq Məsləhət Şurasında görmək istəyirlər.

0
0