Qvardiola: “Mançester Yunayted”lə görüşmək mənim üçün şərəfli olardı
04.05.2011 - 09:04
”Real”la oyunun birinci hissəsində ilk 10 dəqiqə istisna olmaqla topa nəzarət edir və əla futbol oynayırdıq. Ancaq “Real”ın qapıçısı İker Kasilyas gözəl çıxış edirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Çempionlar Liqasının yarımfinalında Madrid “Real”ına səfərdə qalib gələndən (2:0) sonra evdə 1:1 hesablı bərabərliklə finala çıxan 40 yaşlı ispan mütəxəssis əzəli rəqibini də tərifləyib: “Real”ın gözəl oyun göstərdiyini də qeyd etmək istərdim. Biz onlarla çətin olacağını bilirdik. Fasilədən sonra bir az sürəti azaltdıq, ancaq Pedronun qolu bizi rahatlaşdırdı. Oyunda elə vəziyyət yarana bilərdi ki, madridlilər 2-ci qolu vurması bizə problem yarada bilərdi. İndi paltardəyişmə otağımızda şənlikdir. Arxada böyük iş qalıb, çox futbolçular mövsümə DÇ-2010-da iştirakdan sonra başlayıb. Belə çətin mövsümdən sonra finala çıxmaq əsl şücaətdir”.
Qvardiola 2 il öncə ÇL-nin finalında yendiyi “Mançester Yunayted”lə yenidən görüşmək istəyir: “Mən əmin deyiləm, ancaq belə ehtimal edirəm ki, finalda “Mançester Yunayted”lə görüşəcəyik. Aleks Ferqyusson həmişə mükafatlar uğrunda mübarizə aparır. Bu, ya Çempionlar Liqası, ya da Premyer Liqa olsun. Mənim kimi gənc məşqçi üçün finalda ona qarşı oynamaq şərəf olardı”.

0
0