“Real” irqçiliyin qurbanı oldu
04.05.2011 - 09:25
“Real” irqçiliyin qurbanı oldu
İspaniyanın “Barselona” və “Real” klubları arası keçirilən Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “El Klassiko”ya irqçilik ləkə vurub.

Katalonoyalı azarkeşlərin hədəfi isə “Real”ın futbolçuları olub. “İnçada”nın əsas hədəfində isə Marselo Junior və Emmanuel Adebayor yer alıblar. Qonaq futbolçularının müvafiq olaraq Lionel Messi və Serxio Busketslə mübarizə zamanı tribunalarda meymun səsləri eşidilib.