Meksika futbolu üçün Azərbaycan nümunəsi
04.05.2011 - 10:13
Dünya futbolunda növbəti yerdəyişmə gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, daha bir ölkə qeydiyyatını dəyişməyə can atır.
Bu, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) üzvü olan Meksikadır. Şimali amerikalılar uzun illərdir lideri olduqları zonada “at oynatmaq”dan beziblər.
CONCACAF-dan ayrılmağa can atan Meksika Cənubi Amerika Futbol Konfederasiyasına üzv olmağa çalışır. 1996-cı ildə birləşdirilməsi gündəmdə olan lakin baş tutmayan konfederasiyaların vahid qurum təşkil etməməyi meksikalıları müstəqil addım atmağa vadar edib.
Meksikalılar əllərində əsas kimi 3 nümunəni göstərirlər. Okeanın o tayındakılar Azərbaycan, Avstraliya və İsrail nümunələrini göstərməkdən də çəkinmirlər. Onlar məhz yad Konfederasiyalarda oynayan bu ölkələrin yolu ilə getmək istədiklərini iddia edirlər.

0
0