Milli komandamızın qapıçısı Almaniya klubuna baxışa yollanır
04.05.2011 - 12:53
Milli komandamızın qapıçısı Almaniya klubuna baxışa yollanır
Azərbaycan millisinin qapıçısı Andrey Popoviç legioner həyatı yaşaya bilər. Apasport.az saytının məlumatına görə, 19 yaşlı qolkiper Almaniyanın II Bundesliqasından təklif alıb.

Düsseldorf “Fortuna”sı Azərbaycan çempionatının I divizionunda çıxış edən “Abşeron”la aşağı dəstədə ölkə çempionu olan Popoviçi baxışa çağırıb. Ukrayna əsilli milliləşən futbolçu sabah Almaniyaya yollanacaq.

Qeyd edək ki, Popoviç “Abşeron”a qədər “Bakı”nın əvəzedici heyətində də oynayıb.