“Gümüş savaşı” axşama qaldı
04.05.2011 - 13:28
“Gümüş savaşı” axşama qaldı
Azərbaycan Premyer Liqasının XXX turunun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 7-8-də baş tutacaq qarşılaşmalardan hərəsi bir vaxtda start götürəcək.

Matçlardan beşi gündüz saatlarına təsadüf etsə də, 1 oyun axşam başlayacaq. Bu da gümüş mükafatlar uğrunda həlledici əhəmiyyət kəsb edən “Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşmasıdır. Lənkərandakı görüş saat 20:00-da başlayacaq.

07 may (şənbə)

15:00. "Bakı" - AZAL
Tofiq Bəhramov adına Respublika stadionu

16:00. MOİK - "Simurq"
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu

20:00. "Xəzər Lənkəran" - "Qarabağ"
Lənkəran şəhər mərkəzi stadionu

08 may (bazar)

15:00. "Muğan" - "Gəncə"
"Şəfa" stadionu

15:30. "Neftçi" - "İnter"
Tofiq Bəhramov adına Respublika stadionu

16:00. "Qəbələ" - "Turan"
Qəbələ şəhər stadionu

Mənbə: pfl.az