Şeytan oyunu
05.05.2011 - 00:36
Şeytan oyunu
UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finala yüksələn ikinci komanda İngiltərədə müəyyənləşib.

1 həftə öncə Almaniyada “Şalke”ni məğlub edən “Mançester Yunayted” bu dəfə rəqibinə biabırçı hesabla qalib gəlib. Hər hissədə 2 qol vuran “qırmızı şeytanlar” qapısından yalnız 1 top buraxıb.

Britaniyalıların rəqibi isə həlledici qarşılaşmada Madrid “Real”ını mübarizədən kənarlaşdırmış “Barselona” olacaq. Final matçı mayın 28-də elə İngiltərədə - Londondakı “Uemli” stadionunda baş tutacaq.

Xatırladaq ki, “qırmızı şeytanlar”ın katalonlarla köhnə haqq-hesabı var. Çünki bu komandalar 2 il öncə ÇL-in finalında görüşmüş və həmin matç ispanların qələbəsi ilə nəticələnmişdi.

3 may

“Barselona” (İspaniya) – “Real” (İspaniya) - 1:1
İlk oyun – 2:0
QOLLAR:Pedro, 54 - Marselo, 64

4 may

“Mançester Yunayted” (İngiltərə) – “Şalke” (Almaniya) - 4:1
QOLLAR: Valensiya, 26; Gibson, 31; Anderson, 73; 77 - Xurado, 35
İlk oyun – 2:0