“Neftçi” ilə çempion olmağıma “Spartak”dakı kimi sevindim”
04.05.2011 - 23:02
“Neftçi”də qazandığım çempionluqla bağlı vətənimdən çoxlu təbriklər alıram. Mən indiki komandamla qazandığım uğura böyük önəm verirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreski deyib.
Millisinin də üzvü olan 32 yaşlı müdafiəçi karyerasında 2-ci çempionluğunu qazandı. Mitreski ilk belə uğura 10 il öncə Rusiyada – daha çox tanındığı Moskva “Spartak”ında nail olmuşdu. Özü də müdafiəçi hər iki halda debüt mövsümündə qızıl medalçı olub.
İqorun sözlərinə görə, Rusiya və Azərbaycandakı çempionluqlara fərq qoymur: “İnanın mənə, 10 il əvvəl “Spartak”dakı kimi sevindim. “Neftçi” ilə çempionluğum “Spartak”da qazandığımla mənim üçün eyni dərəcədə əhəmiyyətlidir. Ən əsası, biz futbolçular rəhbərliyin qarşımıza qoyduğu çempionluq vəzifəni yerinə yetirdik. Bu münasibətlə bütün futbolçularımızı, komandamızın üzvlərini təbrik istərdim. Məni ən çox sevindirən “Neftçi”də elə ilk ilimdə çempion olmağımdır. Bu, mənim üçün vacib amildir”.
İndi Mitreskini “Neftçi” ilə ona yaxşı tanış olan Çempionlar Liqasında (ÇL) sınaq gözləyir. İqoru “Spartak”da Avropanın ən nüfuzlu turnirində qrup mərhələsində oyun təcrübəsi var: “Mən 2 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamışam. Bu, ciddi turnirdir və ona görə də çox yaxşı hazırlaşmaq lazımdır. Fikrimcə, Çempionlar Liqasında uğurlu çıxışımız həm “Neftçi”, həm də Azərbaycan azarkeşləri, futbolunuz üçün bayram olacaq”.
Makedoniyalı komanda oyunu hesabına uğur qazanacaqlarına inanır: “İlk növbədə yaxşı kollektivimizə bel bağlamalıyıq. Hazırda “Neftçi” bir ailə kimidir, komandada mehriban atmosfer hökm sürür. Yerli və əcnəbi futbolçular arasında ayrıseçkilik yoxdur. Futbolda fərdi oyundan daha çox komanda oyunu vacibdir”.
İqor uğurlu startı vacib sayır: “Əlbəttə, əsas, çətini budur və yaxşı startdan çox şey asılıdır. Bunu etsək, çox yaxşı olacaq. Bir mərhələni keçək, bundan sonra daha irəli getmək haqda düşünəcək, hər oyuna hazırlaşacağıq. Püşkatmanı gözləməliyik. Rəqibimizi biləndən sonra yaxşı hazırlamalı, onun haqda informasiya yığmalı, heyətində hansı futbolçular olduğunu öyrənməliyik”.
Mehman SÜLEYMANOV

0
0