Aleksandr Starkov: Ümidimizi kuboka bağlamışdıq ki, onu da əldən verdik
04.05.2011 - 20:59
Aleksandr Starkov: Ümidimizi kuboka bağlamışdıq ki, onu da əldən verdik
“Finala çıxa bilmədiyimizə görə çox məyusuq. Biz bir neçə qol imkanı əldə etsək də, bundan yararlana bilmədik. Avropada oynamaq üçün yeganə ümidimizi kuboka bağlamışdıq ki, onu da əldən verdik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri «Xəzər Lənkəran»la bu gün keçirilmiş Azərbaycan kubokunun təkrar yarımfinal oyunundan sonra «Bakı»ın baş məşqçisi Aleksandr Starkov bildirib.

Qeyd edək ki, öz meydanındakı ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan «Xəzər Lənkəran» bugünkü matçda məğlub olsa da (1:2), səfərdə vurduğu qol sayəsində finala vəsiqə əldə edib.

«Əslində bizim üçün çox şey birinci oyundan sonra itirilmişdi. Bugünkü qarşılaşmada isə futbolçular çox istəkli idi. Qələbə qazansaq da, heyf ki, ümumi nəticə bizim xeyrimizə olmadı. Artıq heç bir iddiamız qalmayıb. Buna baxmayaraq, futbolçularımızı motivasiya etməyə çalaşacığıq. Çempionatdakı qarşıdakı üç matç bizim üçün heç nə verməsə də, bundan sonra çıxıb öz oyunumuzu oynayacağıq» - deyə Starkov bildirib.