Tuyqun Nadirov: Bu cür hakimlər artıq futbolumuzdan silinməlidir
04.05.2011 - 21:04
Bu gün ölkə kubokunun finalına vəsiqə qazanan “Xəzər Lənkəran” “Bakı” ilə oyunun hakimliyindən narazı qalıb. Bu barədə apasport.az saytına açıqlamasında klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
“Bu gün stadiondakı minlərlə, oyunu televiziya vasitəsilə izləyən yüzminlərlə azarkeş hakimin necə bərbad səviyyədə olmasının şahidi oldular. Biz bununla bağlı etirazlarımızı oyunun protokolunda yazmışıq. Hesab edirəm ki, Azərbaycan hakimliyinin dırnaqarası səviyyəsini bu gün hamı gördü. Bu cür hakimlər artıq futbolumuzdan silinməli və təqaüdə göndərilməlidir” - deyə Nadirov bildirib.
“Xəzər Lənkəran” rəsmisi oyundan sonra onlarla polislər arasında davanın baş vermədiyini iddia edib: “Sadəcə, bizim təhlükəsizlik xidmətinin əməkdaşları ilə onların arasında xırda mübahisə oldu, sonra məsələ həll olundu”.
Nadirov matçın ehtiyat hakimi Elçin Məmmədovla onun arasında hansısa insidentin baş vermədiyini də deyib.

0
0