İndi də səni öldürdülər, Rövşən bəy!
04.05.2011 - 23:01
Yenə Tofiq Bəhramov adına stadion, yenə hakimlərin şousu. Ölkə kuboku yarımfinalının “Bakı” – “ Xəzər Lənkəran” cavab görüşündə Rövşən Əhmədov və briqadası meydan sahibləri üçün hər şey etdi. Yox, bakılıların hər 2 qolunun qaydalar çərçivəsində vurulmadığını iddia etməkdən tam uzağam. Amma matç boyu Əhmədov Azərbaycan hakimliyinin bir matça hansı gücdə təsir etməyə qadir olduğunu ortaya qoydu.
Rahid Əmirquliyevə qarşı açıq ayaqla gedib, baldırına təpik vuran Sofroninin epizodu dünyanın istənilən yerində birbaşa qırmızı vərəqədi, Rövşən bəy! O saçlarının hansı yolda ağardığını bilmirəm, amma cərimə zamanı tələsik topu 5-6 metr irəlidən başlayıb, açıq-aşkar rəqibi qarşısında say üstünlüyü yaradıb real qol şansı qazanmağa belə fit çalmırsansa, Elnur Allahverdiyevə adi epizodda sarı vərəqə göstərib, “Bakı”nın 3 dəfə “Xəzər Lənkəran”ın əks-hücumu zamanı kobudluq edib hücumu dayandıran futbolçularına qarşı əlini cibinə salmırsansa, onda evə gedəndə balalarına de ki, atanızı yuxarılar oyuncağa çevirdilər. Atanızı yerə vurub, on min dəfə üstündən keçdilər. De ki, bir neçə gün öncə “ Azal” –“ Neftçi” matçında birtərəfli qərarlarıma dözməyib məni təpiklə vurub yerə uzadan əcnəbi Petrov milyonların qarşısında ləyaqətimlə oynadı, bu dəfə isə hər şeyimi yerə uzatdılar.
Xəqani Məmmədovun efirə çıxıb səni müdafiə edəcəyinə arxayın olma Rövşən bəy! O da sənin kimidir, indi fikirlərinin bir qəpiklik dəyəri yoxdur. Ən nəhayət, mən bu yerdə cənublu ziyalılara müraciət etmək istəyirəm.
Daha “Xəzər Lənkəran”ın hər oyunundan sonra mənə telefon açıb, yanğı ilə hakim qərəzlərindən ürəyinizi mənə boşaltmayın. O Lənkəran şəhər stadionunda gedib tribunaları doldurmaqla azarkeş və ziyalı vəzifəsini bitmiş saymayın, auditoriyalarda hakimlərin hər mənada oyunundan təngə gəlib elmi futbolla səhv salmayın, xəstənizin təzyiqini ölçə-ölçə futboldan danışmayın həkimlər, hüzr məclislərində hədisləri qoyub hakim qərəzindən danışmayın din xadimləri.
Siz bu ölkənin vətəndaşlarısınız. Dövlət başçısına müraciət etmək haqqınızı kimsə sizdən almayıb. Mənim gücüm yalnız yazmağa çatır. Birləşin, Xəqani Məmmədov və “dayı”larının kabinet oyunlarını ölkə prezidentinə çatdırın.
Separatçılığın, parçalanmanın dəyirmanına su tökən bu insanların əməllərini ən yuxarı instansiyalara çatdırın. Bizdən nə istəyirsiniz deyin. Bir mövsümdə alınan xallarınızı, gedən əsəblərinizi və belə getsə, əlinizdən alınacaq ölkə kubokunuza sahib çıxın. Mənə telefon açmayın, xahiş edirəm. Siz bir ziyalı kimi vəzifənizi özünüz yerinə yetirin. Qoy, Əfqan Həmzəyevin Lənkəranda etdiyi biabırçılıqdan sonra ədaləti bərpa edən dövlət başçısı növbəti dəfə sizlərin yanında olsun. Lənkəran futbolunu məhvə sürükləməyə, sabahın “MKT- Araz” taleyi yaşamasına yol verməyin.
Başladınızmı?
Hüseyn CƏBRAYILOĞLU

0
0