“Bu, bizdə şok yaratdı”
04.05.2011 - 23:08
“Oyun çox pis başladı. Artıq ikinci dəqiqədə qapımızdan qol buraxdıq. Bu da komandada şok effekti yaratdı”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Marko Bunyevçeviç deyib.
“Şəfa”da keçirilən ilk oyunda qolsuz heç-heçə etdikdən sonra əksəriyyət “təyyarəçilər”in finala yüksələcəyini düşünsələr də, hadisələr fərqli məcrada cərəyan etdi. Belə ki, David Odikadzenin erkən vurduğu qol “bankirlər”in ölkə kubokunun finalına vəsiqə qazanmasına şərait yaradıb.
Rəqibin həqiqətən də yaxşı oynadığını qeyd edən serbiyalı yarımmüdafiəçi bundan sonra diqqətlərini çempionata yönəldəcəyini vurğulayıb: “Artıq bu oyunu unutmağa çalışmalıyıq. Çünki qarşıda çempionat oyunlarımız var. Avropa Liqasına vəsiqə qazanmaq şansımız davam edir. Son tura qədər bundan yararlanmağa çalışacağıq”.

0
0