Asif Məmmədov: Finalda maraqlı oyun olacaq
04.05.2011 - 23:11
“Qarşılaşma istədiyimiz kimi keçdi. Məqsədimiz qələbə qazanmaq idi, buna nail olduq. Təbii ki, sevinirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Son iki matçda özünü yaxşı tərəfdən göstərməyi bacaran cinah yarımmüdafiəçisi AZAL-la oyunda vurulan qolun ötürməsini verib. Meydanda olduğu müddətdə komandasının hücumlarının təşkil edilməsində yaxından iştirak edən futbolçu birinci hissənin sonlarına yaxın zədələnib. Nəticədə meydanı tərk edən Məmmədov zədəsinin nədən ibarət olduğunu bilmir: “Zədəm barədə dəqiq diaqnoz sabah (bu gün – red) qoyulacaq. Ola bilsin, əzələm qırılıb. İndi qəti nəsə deyə bilmərəm”.
Finalda “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” çətin duelin hazırlığına erkən başlayacaq. Gənc futbolçu həlledici oyunun maraqlı keçəcəyinə inanır: “Finalda “Xəzər Lənkəran”la qarşılaşacağımız dəqiqləşib. Azarkeşləri maraqlı oyunun gözləyəcəyini indidən deyə bilərəm. Sanşımız bərabərdir”.

0
0