FİFA da milliləşməyə dəstək verəcək
05.05.2011 - 08:37
FİFA da milliləşməyə dəstək verəcək
İyunun 1-də FİFA-nın konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Ali futbol qurumu legionerlərin milliləşməsi ilə bağlı məsələni də müzakirə olacaq. Legionerlərin futbol vətəndaşlığını dəyişməsi bundan sonra daha da asanlaşa bilər. BƏƏ-nin təşəbbüsü ilə qaldırılacaq məsələ qəbul olunarsa milliləşmənin miqyası daha da böyüyəcək.

İndiki qaydalara əsasən 18 yaşdan yuxarı futbolçu yeni ölkəsində ən azı 5 il yaşamalıdır ki, həmin yığmada oynaya vilsin. FİFA yeniliyi qəbul edərsə bu müddət 3 ilə endiriləcək.

Qeyd edək ki, milliləşmənin dəbdə olduğu ölkələrdən biri də Azərbaycandır.
0