“Bakı” nokautda!
05.05.2011 - 09:00
“Bakı” klubunun avrokuboklarda oynamayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunda mübarizəni yarımfinalda dayandıran paytaxt təmsilçisi 3 ildən sonra yenə qitə arenasından kənarda qalacaq.
Sonuncu dəfə 2008/09 mövsümündə Avropa kuboklarından kənarda qalan “Bakı” növbəti 2 ildə ölkəmizin qitədəki təmsilçiləri sırasında idi. 2009/10 mövsümündə Çempionlar Liqasından Avropa Liqasına “transfer”ə qədər irəliləyən ötən il isə 2-ci turnirdə oynayan “zolaqlılar” bu dəfə digər komandalarımızın uğurlarına azarkeşlik etmək məcburiyyətindədir.
Bu, “Xəzər Lənkəran”la ölkə kubokunun yarımfinalından sonra dəqiqləşib. Bu yarış vasitəsilə qitəyə çıxması mümkün olmayan “Bakı” ölkə çempionatında da şanssızdır. Belə ki, onların bürünc şansları çoxdan bitib.
Düzdür, “Xəzər Lənkəran” kuboku qazanacağı halda Premyer Liqanın 4-cü komandası da Avropaya gedəcək. Lakin, bu komanda “Bakı” olmayacaq. İlk baxışdan 4-cü yerdəki AZAL-dan 8 xal geri qalan Aleksandr Starkovun yetirmələri onlara çata bilər. Lakin bu, göründüyü kimi deyil.
37 xala malik “Bakı” bütün matçlarda udsa da 46 xal onların 4-cülüyünə kifayət etməyəcək. Çünki 4-cü olan AZAL və 5-ci olan “İnter”in öz aralarında da matç var. Onların isə müvafiq olaraq 45 və 44 xalı var.
Həmin görüşdə qalib gələn “Bakı” üçün əlçatmaz olacaq. Heç-heçə olacağı halda isə AZAL paytaxtın eyni adlı klubundan 9 xal aralanır. Şəxsi görüşlərdəki üstünlük isə “təyyarəçilər”i həmşəhərlilərindən üst sıralarda saxlayacaq. Bu isə o deməkdir ki, “Bakı”nın 4-cü olması mümkün deyil.

0
0